Birləşmiş Ərəb Əmirlikləri "Wizz Air" aviaşirkətinə məxsus təyyarədə olan 170-ə yaxın sərnişinin İsraildən ölkəyə daxil olmasına icazə verməyib.
Oxu24.com xəbər verir ki,İsrail İctimai Yayım Təşkilatı KAN-ın xəbərinə görə, İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanından qalxan təxminən 170 sərnişini olan təyyarə günorta saatlarında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanına eniş edib.
Hava limanındakı səlahiyyətlilərin təyyarədən enən sərnişinləri bir tərəfdə saxladığı, Əbu-Dabiyə enən digər təyyarələrdəki sərnişinlərin isə giriş xətlərində onların qarşısına keçirildiyi bildirilib.
İsraildən gələn təyyarədəki sərnişinlərin BƏƏ-yə girə bilməməsinin səbəbi ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR