Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93735
az

COVID-19 qayıdır? - ÜST-dən VACİB AÇIQLAMA

23:1911 Avqust, 2023
185
CƏMİYYƏT
  • A

İyulun 10-dan avqustun 6-dək dünyada təxminən 1,5 milyon insan koronavirus infeksiyasına yoluxub, 2,5 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 80 faiz artıb, ölənlərin sayı isə 57 faiz azalıb.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 1 492 210 yoluxma halı və 2 560 ölüm halı qeydə alınıb. ÜST-ün mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, təşkilat COVID-19-un "əsas təhlükə olaraq qaldığını" bildirib.

ÜST diqqəti koronavirusun omikron ştamının EG.5 variantının yayılmasının artmasına yönəldib. Avqustun 9-na olan məlumata görə, o, 48 ölkədə müəyyən edilib.

"Böyümə üstünlüyü və immunitetdən yayınma xüsusiyyətlərinə görə, EG.5 bəzi ölkələrdə və hətta bütün dünyada tezliyi artıra və dominant ola bilər", - deyə qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...
Prezident Azərbaycanın böyük uğur qazandığını ELAN ETDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü