Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93726
az

Qazaxıstan Rusiyadan qeyri-qanuni taxıl idxalının qarşısını almaq üçün idxal qadağasını uzadıb

21:0411 Avqust, 2023
126
DÜNYA
  • A

Qazaxıstan Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə daxil olmasının qarşısını almaq üçün qurudan taxıl idxalına qadağanın daha 6 ay müddətinə uzadılmasına qərar verib.

 

Oxu24.com xəbər verir ki,Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin verdiyi açıqlamaya görə, nazir Serik Jumanqarinin sədrliyi ilə keçirilən qurumlararası iclasda iştirakçılar aprelin 10-da qəbul edilmiş quru yolu ilə taxıl idxalına qoyulan qadağanın uzadılması barədə razılığa gəliblər. 

 

Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə girişinin qarşısının alınması üçün alınan qərar çərçivəsində bu dəfə təkcə qurudan deyil, dəmir yolu ilə də edilən taxıl idxalına qadağa qoyulacaq.

 

Qazaxıstan mətbuatında çıxan xəbərlərdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən Rusiya taxılının üçüncü ölkələrə, xüsusilə Özbəkistan, Əfqanıstan və Tacikistana ucuz satıldığı bildirilirdi.

Bu vəziyyətin Rusiya kimi taxıl ixracatçısı olan Qazaxıstanda daxili istehsala və daxili bazara mənfi təsir göstərdiyi, iqtisadiyyata ziyan vurduğu qeyd edilib.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Ronaldo qarlı havada çılpaq sinəsi ilə POZA VERDİ
Suriyadan xəbər var
"Mer"in maşının partlatdılar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu