Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93716
az

Ekvadorda prezidentliyə namizədə sui-qəsd: Kolumbiyalılar həbs edilib

17:1211 Avqust, 2023
181
  • A

Ekvador hakimiyyəti korrupsiyaya qarşı çıxış edən Ekvador prezidentliyinə namizədi öldürməkdə şübhəli bilinən 6 Kolumbiya vətəndaşını həbs edib.

 

Oxu24.com xəbər verir  ki,Associated Press-in əldə etdiyi polis hesabatına görə, həmin şəxslər Ekvadorun paytaxtı Kitoda evdə gizlənərkən saxlanılıb.

 

Xəbərdə deyilir ki, polis həmçinin dörd ov tüfəngi, 5,56 millimetrlik tüfəng, döyüş sursatı və üç qumbara, həmçinin bir avtomobil və bir motosiklet ələ keçirib.


Narkotik kartellərinə qarşı çıxışları ilə tanınan 59 yaşlı Fernando Villavicencio, növbədənkənar prezident seçkilərinə iki həftədən az qalmış çərşənbə günü Kitoda öldürülüb. O, seçki yarışının lideri deyildi, lakin onun ölümü artıq minlərlə insanın həyatına son qoyan mütəşəkkil cinayətkarlıqla bağlı böhran hissini gücləndirdi.

Ekvadorun daxili işlər naziri Xuan Zapata bu sui-qəsdi avqustun 20-də keçiriləcək prezident seçkilərini sabotaj etmək məqsədi daşıyan “terror xarakterli siyasi cinayət” adlandırıb.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyanın Bakıya təklif etdiyi “strateji saziş”də nələr var?
Zelenskiyə ÇAĞIRIŞ EDİLDİ: "Vaxtı daralır"
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü -FOTO

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq