ABŞ və İran əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlib, Tehran humanitar ehtiyaclar üçün də 6 milyard dollar alacaq.
Oxu24.com xəbər verir ki,bu barədə The New York Times məlumat yayıb.
Vəkil Jared Genser CNN-ə bildirib ki, İranda həbsdə olan 4 ABŞ vətəndaşı ev dustaqlığına buraxılıb ki, bu da onların tezliklə azadlığa buraxılacağını göstərə bilər.
"Ümid edirəm ki, bu, onların azadlığa buraxılması istiqamətində ilk addım olacaq, baxmayaraq ki, bu, mövcud yolda yalnız ilk addımdır"-,deyə o bildirib.
Amerika vətəndaşları Siamak Namazi, Emad Shargi, Morad Tahbaz, eləcə də adı açıqlanmayan daha bir məhbus ev dustaqlığı şəraitində həbsxanadan Tehrandakı otelə köçürülüb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR