İrəvanda yerli sakinlərin xahişi ilə Little Big qrupunun konserti ləğv edilib.
Oxu24.com xəbər verir ki,İrəvan sakinləri Rusiya Federasiyası Ədliyyə Nazirliyinin xarici agent kimi tanıdığı qrupun solisti İlya Prusikini pravoslav xaçına qarşı təhqir kimi xatırlayıblar.
Onlar Little Big-in çıxışına qarşı petisiya imzalayıblar.
Xatırladaq ki, yanvarın 7-də, Milad günündə Prusikin sosial şəbəkələrdə xaç şəklində skeytbord sürdüyü bir video yayımlamışdı. Daha sonra ruslar bu hərəkəti tənqid edərək müğənnini dinə hörmətsizlikdə ittiham ediblər.
Mart ayında Little Big-in Balidəki konserti də ləğv edilmişdi.
Müəllif: Afət
Oxu24.com
ŞƏRHLƏR