Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93677
az

Banqladeş mussonlara təslim oldu: 29 ölü var

21:3810 Avqust, 2023
128
DÜNYA
  • A

Banqladeş səlahiyyətliləri ölkənin cənub-şərqində təsirli olan musson yağışlarının səbəb olduğu daşqınlarda aralarında uşaqların da olduğu 29 nəfərin öldüyünü, 11 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Oxu24.com xəbər verir ki,Banqladeşdə Cox's Bazar komissarı Məhəmməd Şahin İmran 480 min insanın daşqınlardan mənfi təsirləndiyi bölgədə 3-ü uşaq olmaqla 16 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə itkin düşdüyünü bildirib.

Bölgədə baş verən daşqınların 14 milyon Banqladeş svopuna (təxminən 128 min dollar) maddi ziyan vurduğu təxmin edilir.

Qeyd edilib ki, Çittaqonq və Koks Bazar arasında sel suları səbəbindən bağlanan avtomobil yolu sular çəkilən zaman açılıb.

Chattogram komissarı Abul Bashar Mohammed Fakhruzzaman da bölgədə 800 minə yaxın insanın təsirinə məruz qalan daşqınlarda 13 nəfərin öldüyünü və ən azı 9 nəfərin itkin düşdüyünü bildirib.

Banqladeşdə ümumiyyətlə iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları səbəbindən hər il minlərlə insanın həyatı mənfi təsirlənir.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Belarusda keçirilən paraddan imtina edib
NATO ölkələri uzun illər Ukraynaya dəstəyin əleyhinədir
Yakutiyada hərbi hissələri tərk edən 26 əsgər saxlanılıb

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı