Silahlılar Livanın müdafiə naziri Mauris Slimin olduğu kortejə atəş açıb
Oxu24.com xəbər verir ki,Beyrutun Cisr əl-Başa məhəlləsində silahlılar Livanın müdafiə naziri Maurice Slimin olduğu kortejə atəş açıb.
MTV-nin məlumatına görə, sui-qəsd zamanı nazir xəsarət almayıb.
"Mən yaxşıyam, sağ-salamatyam. Güllələr arxa pəncərəyə dəyib", - Moris Slim deyib.
Yerli medianın yaydığı fotoda avtomobilin yan şüşəsindəki güllə dəliklərinin izləri görünür.
Bundan əvvəl Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun güllələndiyini yazmışdı. O, Quitoda seçki iclasından sonra başına üç güllə ilə öldürülüb. 6 şübhəli saxlanılıb. Ekvadorda Villavisensionun öldürülməsindən sonra 60 günlük fövqəladə vəziyyət elan edilib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR