Türkiyənin Zonquldağ vilayətinin Devrek rayonunda silahla vurulan itin ayağı amputasiya edilib.
Oxu24.com xəbər verir ki,Karakoçlu kəndində yaşayan Həsən Terzinin "Paşa" adlı iti naməlum şəxs tərəfindən güllələnib.
İtinin yaralandığını görən Terzi heyvanı Zonquldak şəhər mərkəzində yerləşən özəl baytarlıq klinikasına aparıb.
Baytar Öndər Alkanın apardığı müayinə nəticəsində itin sağ ayağının güllə ilə vurulduğu görülüb.
Əməliyyata aparılan itin ayağını xilas etmək mümkün olmayıb və amputasiya edilib.
Baytar Alkan jurnalistlərə bildirib ki, reanimasiyada saxlanılan itin həyati təhlükəsi davam edir.
Köpənin 10 gün nəzarətdə saxlanılacağını bildirən Alkan, "Güllənin gəldiyi yer ağciyərlərinin yanından keçir. 10 gün problem yaşayacağıq. 10 gün ərzində heç bir şey olmasa, o üç ayağı ilə həyatına davam et”,-deyib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR