Amerikalı boksçu Kevin Conson Rusiya vətəndaşlığını əldə etmək üçün Rusiya prezidenti Vladimir Putinin tələblərinə tabe olduğu üçün “orta adı” Vladimiroviç seçmək qərarına gəlib.
Oxu24.com xəbər verir ki, bu açıqlamanı idmançının özü verib.
"Bundan daha yaxşısı ola bilməzdi. Onun enerjisini hiss etməyə bilməzsən", - döyüşçü Match TV-yə müsahibəsində deyib.
Daha əvvəl Life nəşri amerikalı boksçu Kevin Consonun Rusiya prezidentinə heyran olduğu üçün adını dəyişməyə qərar verdiyini yazmışdı.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR