Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93623
az

Alman məmurunun rus casusu olduğu ortaya çıxdı

22:0709 Avqust, 2023
94
DÜNYA
  • A

Almaniyanın qərbində yerləşən Koblenz şəhərində (Reynland-Pfalz Federal Dövləti) Almaniya vətəndaşı Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

 

Oxu24.com xəbər  verir  ki,bu ölkənin Baş Prokurorluğu məlumat yayıb.


Açıqlamaya görə, həbs qərarı 2023-cü il iyulun 27-də verilib və avqustun 9-da Almaniya Federal Cinayət İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıb, mənzilində və iş yerində axtarış aparıblar.

Şübhəli Tomas H. Almaniya ordusu üçün hərbi məhsulların tədarükü ilə də məşğul olan Bundesverin Silahlar, İnformasiya Texnologiyaları və Tətbiqləri üzrə Federal İdarəsinin əməkdaşıdır.

Baş Prokurorluq iddia edir ki, o, 2023-cü ilin may ayından etibarən öz istəyi ilə dəfələrlə Rusiyanın Bonndakı Baş Konsulluğuna və Rusiyanın Berlindəki səfirliyinə müraciət edib və “əməkdaşlıq təklif edib”.

"Eyni zamanda, o, bir dəfə daha sonra Rusiya kəşfiyyatına ötürmək məqsədilə öz peşəkar fəaliyyəti zamanı əldə etdiyi məlumatları təqdim edib", - Almaniya agentliyinin bəyanatında deyilir.

Şübhəli artıq Ali Federal Məhkəmənin hakimi qarşısına çıxıb və o, onun həbsinə və istintaq təcridxanasına salınmasına qərar verib.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan parlamenti mübahisəli qanun layihəsini qəbul etdi
Çin səfiri Britaniya XİN-ə çağırıldı
Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR