Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində hərbi hissədə yanğın baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə şəhər dairəsinin rəhbəri Andrey Zaitsev teleqramında məlumat verib.
O izah edib ki, Rusiya hərbi hissəsinin geyim anbarında güclü tüstü yaranıb.
Yanğın 300 kvadratmetr ərazini əhatə edib.
"Hazırda hərbi hissənin yanğından mühafizə xidməti yerində işləyir, Georgiyevsk və Qoryaçevodsk yanğınsöndürmə xidmətlərindən də texnika göndərilib", - Zaitsev yazıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR