Bəşər Əsəd Ərdoğanla görüş şərtlərini açıqladı
Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla onun şərtləri əsasında görüşməyəcəyini bildirib.
OXU24.COM xəbər verir ki, bu barədə o, "Sky News Arabia" telekanalına müsahibəsində deyib.
Əsəd "Türkiyənin Suriyanın şimal bölgələrini işğal etməsini” tanımaq niyyətində olmadığını vurğulayıb.
"Tayyib Ərdoğanla görüş Ankaranın müəyyən etdiyi şərtlərlə baş tutmayacaq. Hazırkı vəziyyətdə onunla danışıqlara girmək Türkiyənin Suriyanın şimal bölgələrini işğal etməsinin tanınması demək olacaq" deyə Suriya prezidenti izah edib.
Suriya prezidenti hələ mart ayında bildirib ki, o, Ərdoğanla yalnız türk qoşunları ölkəsini tərk etdikdən sonra görüşəcək. Onun fikrincə, bu cür danışıqlar Suriyadakı hərbi münaqişəyə son qoymalıdır. May ayında Moskvada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçirilib. Onun nəticəsi Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün "yol xəritəsi”nin hazırlanması qərarı olub.
Oxu24.com
ŞƏRHLƏR