Almaniyadan Ukraynaya “Taurus” qanadlı raketlərinin mümkün tədarükü Rusiya Silahlı Qüvvələri üçün müəyyən çətinliklər yaradacaq.
Oxu24.com xəbər verir ki, Bu barədə rusiyalı hərbi ekspert Dmitri Kornev xəbərdarlıq edib.
“Ola bilsin ki, ilk vaxtlar belə raketdən istifadə müəyyən çətinliklər yaradacaq. Biz onların aşkarlanması və məhv edilməsi, ola bilsin ki, zenit sistemlərinin proqram təminatının dəyişdirilməsi ilə bağlı təcrübə qazanmalı olacağıq”, - Rusiya KİV-i ekspertdən sitat gətirib.
Kornevin sözlərinə görə, “Taurus” Ukraynaya çatdırılan “Storm Shadow” (Böyük Britaniya) və SCALP-EG (Fransa) qanadlı raketlərindən daha müasir və təkmildir. O qeyd edib ki, alman raketi Britaniya və Fransa raketlərindən daha kiçik ölçülərə və daha böyük sürətə malikdir.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR