ABŞ Səudiyyə Ərəbistanı ilə İsraili yaxın 9-12 ay ərzində tanımaq üçün ilkin razılaşmalar əldə edib. Bunun müqabilində onlar “dinc nüvə proqramının hazırlanmasında yardım, ABŞ-dan təhlükəsizlik zəmanəti, İsrail hökumətindən isə “fələstinlilərə güzəştlər” alacaqlar.
Oxu24.com Bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda danışıqlarda iştirak edənlər Ər-Riyadın ABŞ-ın onlara mülki nüvə proqramının inkişaf etdirilməsində kömək etməsi və möhkəm təhlükəsizlik zəmanətləri təklif etməsi tələbini müzakirə edirlər.
Bu yaxınlarda İsrailin əsas rəqibi İranla əlaqələri bərpa edən Səudiyyə Ərəbistanı da İsraildən Fələstin dövlətinin yaradılmasına kömək edəcək əhəmiyyətli güzəştlər istəyir.
WSJ qeyd edir ki, bunun müqabilində ABŞ krallığın iqtisadi və hərbi baxımdan Çindən uzaqlaşmasında israr edir.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR