Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93598
az

Səudiyyə Ərəbistanının İranda səfirliyi açılıb

18:2209 Avqust, 2023
102
DÜNYA
  • A

Oxu24.com xəbər verir ki,İRNA-nın çərşənbə günü verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliyi avqustun 6-da Tehranda fəaliyyətə başlayıb.


“Səudiyyə Ərəbistanı Krallığının İran İslam Respublikasındakı səfirliyi Mordadın 15-i bazar günündən (Miladi təqvimlə avqustun 6-na uyğundur) ölkəmizdə rəsmi fəaliyyətə başlayıb”, - deyə məlumatda bildirilir.

 

Martın 10-da Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərin işini bərpa etmək barədə razılığa gəliblər. İyunun 6-da İranın Ər-Riyaddakı səfirliyi işini bərpa edib - iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsindən 7 il sonra əlaqə baş tutub.

Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə Ənsarullaha (husilərə) qarşı hərbi əməliyyat keçirməsi ilə gərginləşib. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra krallıq İranla diplomatik əlaqələri kəsib.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Moldovaya Dnestryanı problemi güc yolu ilə həll etməmək barədə xəbərdarlıq edilib
Konqres Trampı ABŞ seçkilərinin qalibi elan edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var