Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93596
az

Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə cavab

18:0409 Avqust, 2023
133
CƏMİYYƏT
  • A

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin paylaşımına cavab verib.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bu barədə A.Hacızadə tvitter hesabında qeyd edib.

"Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına aldanmayasınız. Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib. Azərbaycan Ermənistanın pisniyyətli əməllərinin qarşısını almaq məqsədilə Laçın sərhədində yoxlanış məntəqəsi yaradıb və çatdırmalar üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib. Bu arada isə, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul qərarı Ermənistanın yoxlanış məntəqəsinin ləğvi üçün müraciətini yekdilliklə rədd edib. Azərbaycan erməni sakinlərin hər iki istiqamətdə nəqlini asanlaşdırır. Ermənistanı sülh prosesini baltalamaq yerinə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha uyğun olardı.", - deyə o,əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bibərin inanılmaz faydaları - Saymaqla bitmir...
Qocalıqda da qartal kimi görmək mümkündür
Meteohəssas insanlara XƏBƏRDARLIQ: sabah...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var