Moskva vilayətində nişanhaglar, müşahidə cihazları və s. hərbi avadanlıq istehsal edən optik-mexaniki zavodda partlayış baş verib.
OXU24.COM xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.
Sergiyev Posaddakı zavoddda partlayış baş verib. Orada "ümumi təxliyə” elan edilib, təhlükəsizlik qüvvələri və rayon rəhbəri hadisə yerinə gəlib.
Kanalın əldə etdiyi məlumata görə, "PiroRos” şirkəti zavodun ərazisində müəyyən tikililəri icarəyə götürüb və partlayış atəşfəşanlıq və pirotexnika anbarında baş verib.
Zərbə dalğasından yaxınlıqdakı yaşayış binalarında şüşələr qırılıb.
Son məlumata görə, xəsarət alanların sayı 25-ə çatıb.
Oxu24.com
ŞƏRHLƏR