Cənubi Afrika Respublikasında baş verən silahlı hücumda aralarında uşaqların da olduğu 5 nəfərin həlak olduğu bildirilib.
Oxu24.com xəbər verir ki,Qərbi Keyp əyalətinin polis zabiti Reyqan Allen mətbuata verdiyi açıqlamada dünən gecə 5 nəfərin güllələndiyini bildirib.
Allen bildirib ki, Qərbi Keyp ştatının Paarl şəhərindəki evdə güllələnənlər arasında 12 və 14 yaşlı iki uşaq da var.
Hadisə ilə bağlı araşdırma başlatdıqlarını bildirən Allen hücumun nə üçün edildiyi ilə bağlı məlumat verməyib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR