Türkiyədə ağır qəza baş verib.
Oxu24.com xəbər verir ki,Samsunun Çarşamba rayonunda fındıq işçilərini daşıyan mikroavtobusun şarampole düşdüyü qəzada 13 nəfər yaralanıb.
Gökçelidə Çərşənbə-Ayvacık avtomobil yolunda saat 11.00 radələrində baş verən qəzada fındıq işçilərini daşıyan mikroavtobusun sürücüsü Oktay Zengin yolu keçmək istəyən şəxsi vurmamaq üçün manevr edib.
Bu vaxt idarəetmədən çıxan mikroavtobus şarampole aşıb. Qəzada mikroavtobusda olan 13 nəfər yaralanıb. Qəza yerinə göndərilən təcili yardım maşınları ilə Çarşamba Dövlət Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR