Ekvador silahlı qüvvələri Türkiyədən 20 ədəd "Otokar" markalı "Cobra II" taktik təkərli zirehli maşın alıb.
OXU24.COM TurkicWorld-ə istinadən məlumatına görə, Ekvador terror, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkar qruplarla mübarizə aparmaq üçün Türkiyədən xüsusi olaraq "Cobra II" alıb.
"Terrorizm, narkotik ticarəti və mütəşəkkil cinayətkar qruplara, təhdidlərə qarşı əməliyyat imkanlarını artıracaq yeni materialların tədarükü çərçivəsində Türkiyədən 20 taktiki maşın gətirilib", - deyə Ekvador silahlı qüvvələrindən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, Türkiyənin 400 ədəddən çox istifadə etdiyi "Cobra II"dən Ekvador da daxil olmaqla, cəmi 6 ölkə istifadə edir.
İstifadəçilər arasında Azərbaycan, Türkiyə, Tunis, Qana, Banqladeş, Birləşmiş Millətlər və bu gündən etibarən Ekvador var.
"Cobra II" müttəfiq ölkələrin və Türkiyə silahlı qüvvələrinin gələcəyə hesablanmış tələblərinə uyğun olaraq hazırlanmış üstün texniki və taktiki xüsusiyyətlərə malik modul platformadır.
Üstün hərəkət qabiliyyəti ilə yanaşı, "Cobra II" artan ballistik və minadan qorunma, böyük daxili həcm və yüksək daşıma qabiliyyəti təklif edir. Geniş çeşidli silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində "Cobra II" sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla, bir çox missiyada iştirak edə bilər.
Oxu24.com
ŞƏRHLƏR