Potidə dənizdə aparılan axtarış tədbirləri nəticəsində xilasedicilər digər yeniyetmənin də meyitini aşkar ediblər.
Yerli sakinlərin sözlərinə görə, ötən gün iki azyaşlı dənizə çimməyə gedib və yoxa çıxıb. Onlardan birinin meyiti dünən tapılmışdı.
Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə araşdırma başlayıb.
Oxu24.com
ŞƏRHLƏR