Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9353
az

Sağlamlıq üçün 5 ƏN FAYDALI İÇKİ

20:0927 Yanvar, 2019
1019
  • A
Təzə sıxılmış şirələrin insan orqanizmi üçün faydası danılmazdır. Onların tərkibindəki bioloji fəal maddələr həmin an maddələr mübadiləsinə təsir edir.

Oxu 24.com sağlamlıq üçün beş ən faydalı şirənin siyahısını təqdim edir. Bu şirələrin faydası elmi tədqiqatlar nəticəsində alınan məlumatlarda öz təsdiqini tapıb.

Quşüzümü şirəsi. Amerika alimlərinin tədqiqatları göstərib ki, quşüzümünün tərkibində olan maddələr - oliqosaxaridlər bu şirəni "təbii antibiotik"ə çevirir. Şirənin digər komponenti olan proantosianidinlər onu sidik yollarının infeksiyadan qorunmasında çox faydalı edir.

Çuğundur şirəsi. Bu şirə ürək-damar sistemi üçün çox faydalıdır, təzyiqi aşağı salır. Çuğundur şirəsinin hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırmaq xüsusiyyəti dəfələrlə təsdiq edilib. Alimlər çuğundurun və ondan çəkilən şirənin bu keyfiyyətini onun tərkibindəki qeyri-orqanik nitratlar, həmçinin betalain antioksidantı ilə əlaqələndirirlər.

Tomat şirəsi. Bu şirədən istifadə qadınlarda menopauza dövründə psixoloji və fizioloji göstəriciləri yaxşılaşdırır. Bu fikri əsasən Tokio Tibb Universitetindən olan alimlər təsdiqləyiblər. İki ay ərzində hər gün 200 millilitr tomat şirəsi içən qadınlar həyəcanın əhəmiyyətli dərəcədə azalmasını və ürək sıxılmalarının tezliyinin yaxşılaşdırılmasını nümayiş etdiriblər.

Albalı şirəsi. Böyük Britaniya və Cənubi Afrika Respublikasından olan tədqiqatçılar albalı şirəsinin qəbulunun qanda sidik turşusunun azalmasına gətirib çıxardığını sübut ediblər. Bu, podaqranın profilaktikasında və ya artıq mövcud olan xəstəlikdə faydalı ola bilər. Sınaqlar göstərib ki, bu, hər gün iki porsiya albalı şirəsi qəbul edildiyi halda effektlidir.

Portağal şirəsi. Harvard Universitetindən olan alimlərin tədqiqatları sübut edib ki, portağal şirəsi qocalıqla bağlı ağıl zəifliyinin aradan qaldırılması üçün faydalıdır. Hər gün bir stəkan təzə sıxılmış portağal şirəsi içən kişi könüllülərdə bu xəstəliyin inkişaf ehtimalı 47 faiz azalıb Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı