FETÖ-nün yüksək səviyyəli idarəçiləri adlandırılan, İzmir İnkişaf Agentliyinin keçmiş baş katibi və Baş Mülki Müfəttiş Ergüder Can Manisada MİT və jandarma qruplarının təşkil etdiyi əməliyyatda yaxalanıb.
Oxu24.com xəbər verir ki,Manisa İl Jandarma Komandanlığı qruplarına Fətullahçı Terror Təşkilatı ilə bağlı apardıqları araşdırmalardan sonra təşkilat üzvlərindən birinin Alaşehirdə gizləndiyi bildirilib.
MİT ilə birgə həyata keçirilən texniki və fiziki təqibdən sonra təşkilat üzvü Ergüder Canın gizləndiyi bağ evinin yeri müəyyən edilib.
Sahədə görülən tədbirlərdən sonra üzüm bağında əməliyyat keçirilib. Ergüder Can nəzarətə alınıb.
çox rayonlarda mahal valisi işləyən Ergüder Can, İzmir 13-cü Ağır Cəza Məhkəməsi tərəfindən "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 11 il həbs cəzasına məhkum edilib.
Müəllif: Afət
Oxu24.com
ŞƏRHLƏR