Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub,
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər iqtisadi əməkdaşlıq, eləcə də gələcək əməkdaşlığın digər məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Əhmədian hazırkı vəzifəsinə 2023-cü ilin mayında təyin edilib. 2006-cı ildən İslam İnqilabı Keşikçiləri Korpusunun strateji mərkəzinə rəhbərlik edir.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR