Türkmənistan Hava Yolları avqustun 8-dən oktyabrın 28-dək Rusiyanın paytaxtı Moskvaya uçuşların dayandırıldığını açıqlayıb.
Oxu24.com xəbər verir ki,bildirilib ki, reyslər Moskva yerinə, şərqdəki Kazan şəhərinə ediləcək.
Türkmənistan Hava Yolları tərəfindən edilən şərhdə, "Türkmənistan Hava Yolları 8 avqust - 28 oktyabr 2023-cü il tarixləri arasında Aşqabad-Moskva marşrutu üzrə uçuşları dayandıracaq.
Rusiyaya uçuşlar Aşqabad-Kazan marşrutları üzrə həyata keçiriləcək.
Şirkət uçuşların dayandırılmasının səbəbi ilə bağlı hələlik dəqiq açıqlama verməyib.
Qərb mediası Türkmənistan Hava Yollarının bu qərarının səbəbini “təhlükəsizlik narahatlığı” olaraq açıqlayıb.
Ukrayna ötən həftə paytaxt Moskvada iki pilotsuz təyyarə hücumu həyata keçirib və hücumlarda göydələnə ziyan dəyib.
Moskva meri Sergey Sobyanin Ukraynaya məxsus PUA-nın bu gün səhər saat 11:00 radələrində Moskvaya daxil olarkən hava hücumundan müdafiə bölmələri tərəfindən məhv edildiyini açıqlayıb.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR