Türkiyənin Uşak bölgəsində 7 ay əvvəl evləndiyi arvadı Emrah Akanı (42) bıçaqlayaraq öldürən Emine Aka (40) həbs edilib.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Emine Akanın polisə verdiyi ifadəsində qətli ərini qısqandığı üçün çıxan mübahisədə törətdiyini söylədiyi öyrənilib.
Hadisə dünən saat 03.00 radələrində baş verib.
7 ay əvvəl ailə quran və antik xalça satışı ilə məşğul olan Emrah Aka ilə həyat yoldaşı Emine Aka arasında mübahisə düşüb.
İddialara görə, mübahisənin davaya çevrilməsi nəticəsində Əminə Aka mətbəxdən götürdüyü bıçaqla ərinə ağır xəsarətlər yetirib.
Xəstəxanaya aparılan Emrah Aka həkimlərin bütün müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Hadisədən sonra polis qrupları tərəfindən nəzarətə alınan Emine Aka polis bölməsindəki əməliyyatlardan sonra sövq edildiyi ədliyyəyə gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Polisə ifadəsində Emine Akanın ərini qısqandığı üçün başlayan mübahisənin davaya çevrildiyi zaman hadisənin baş verdiyini söylədiyi öyrənilib.
Müəllif: Afət
Oxu24.com
ŞƏRHLƏR