Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbərləri Avqust Hanninq və Gerhard Şindler Almaniyanın bütün təhlükəsizlik arxitekturasının tamamilə dəyişdirilməsinin zəruriliyini bəyan ediblər.
Oxu24.com xəbər verir ki, bu barədə Bild qəzeti yazır.
Schindler və Hanning-in fikrincə, Almaniyanın mövcud kəşfiyyat xidmətləri “həddindən artıq nəzarətdən” əziyyət çəkdiyi üçün ölkə ABŞ Milli Təhlükəsizlik Agentliyi və ya Britaniya Hökuməti Kommunikasiya Mərkəzindən nümunə götürərək yeni kəşfiyyat qurumu yaratmalıdır.
BND-nin keçmiş rəhbərləri "Xüsusi xidmət orqanlarını ağzı ağızlı, dəmir zəncirli dişsiz gözətçi itinə çevirmək olmaz. Hər şey yenidən yoxlanılmalıdır" deyib.
Onlar əlavə ediblər ki, Berlin uzunmüddətli perspektivdə ölkədə terrorla mübarizə və alman əsgərlərini missiyalarda qorumaq üçün xarici kəşfiyyat xidmətlərinə arxalana bilməz.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR