Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93416
az

Xreninin səfəri: İran öz taleyini müəyyən edir

11:0205 Avqust, 2023
119
CƏMİYYƏT
  • A

Belarus müdafiə naziri Viktor Xreninin Tehrana səfəri və iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə görüşü önəmlidir. Düzdür, Belarus və İranın hərb sahədə əməkdaşlıqları əvvəllər də diqqət mərkəzində olub. Lakin Xəlic bölgəsində yaşananlar belarus nazirin Tehran səfərini daha da mənalı edib.

Bu sözləri  tanınmış güneyli siyasi şərhçi, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin İran və Belarus müdafiə nazirlərinin imzaladığı hərbi əməkdaşlıq planından danışarkən deyib.

Bilgin məsələyə təkcə hərbi əməkdaşlıq prizmasından yanaşılmamalı olduğunu bildirib:

"Xəlic bölgəsindəki neft-qaz yataqlarına görə İranın Səudiyyə Ərəbistanı və Küveytlə müəyyən problemləri var. Tehran bu ərəb ölkələrinə təhdidlərini yenə də davam etdirir. Vəziyyət o həddə çatdı ki, ABŞ F-35 və F-16-larını bölgəyə gətirdi. İran da qarşılıqlı olaraq Əbu Musa adasına uzaqmənzilli raketlərini yerləşdirdi. Hadisələrin bu cür cərəyan etdiyi bir məqamda Belarusun müdafiə naziri Viktor Xreninin Tehrana səfəri sıradan sayıla bilməz. Baxmayaraq ki, əvvəllər də Belarus-İran münasibətləri hərbi əməkdaşlıqları ilə diqqət çəkib. Hətta bir vaxtlar İranın Belarusdan iki ədəd S-300 sistemlərini alması ABŞ və İsraili bərk narahat etmişdi. Sanksiya altında olan Tehran hökumətinə silah verilməsi bu ölkələr tərəfindən sərt təpki ilə qarşılandı.
 

ABŞ və ərəb ölkələrinin bölgəyə diqqətinin artdığı indiki məqamda Belarus və İran arasında hərbi əməkdaşlığa dair memorandum imzalandı. Hətta belarus nazirin ötən gün İranda imzaladığı sənəd, keçirdiyi görüşlər, əldə etmək istədiyi silahlar da gündəmə gətirildi. Bildirildi ki, İran Belarusa "Şahid" PUA-ları verəcək və orada dron zavodunun tikintisini həyata keçirəcək. Görünən və danışılan söhbət bu olsa da, məqsəd təkcə iki ölkənin müdafiə sənayesini gücləndirməkdən ibarət deyil".

Rusiya faktoruna toxunan güneyli siyasi şərhçi Belarusun rəsmi Moskvaya bağlı olan ölkələrdən sayıldığını diqqətə çatdırıb:

"Minsk Tehran-Moskva münasibətlərinin daha da dərinləşməsində vasitəçi olmaqla yanaşı, üzərinə düşən başqa missiyanı da yerinə yetirməklə məşğuldur. Əslində məqsəd iki ölkənin müdafiə təhlükəsizliyindən daha çox, bölgədə Rusiya amilini qabartmaqdır. Belarus Moskvanın ən yaxın tərəfdaşı olaraq qalır və Rusiyanın bu ərazilərdə nüfuz sahibi olmasına çalışır. İranın da bu oyunlara şərik olması göstərir ki, Tehran siyasi baxımdan öz gələcəyini Rusiyaya bağlayır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quş qripinə qarşı epizootoloji monitorinq aparılır
Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ oldu
Azərbaycanda quş ətinin qiyməti KƏSKİN ARTDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı”- Hakim qarşısında