Çanaqqalanın Bozcaada rayonu sahillərində şəxsi qayıqla 27 qeyri-qanuni miqrantla keçidi təşkil etdiyi iddia edilən iki şübhəli həbs edilib.
Oxu24.com xəbər verir ki,Sahil Mühafizəsi Qərbi Ege Qrup Komandanlığı qrupları Bozcaada açıqlarında nizamsız miqrantların olduğu "Risus" adlı yelkənli qayığı saxlayıb.
Komandaların “TCSG-23” gəmisi ilə keçirdiyi əməliyyatda Suriya və Yəməndən olan 27 qeyri-qanuni miqrant tutularaq sahilə çıxarılıb.
Qayıqda olan iki şübhəli miqrant qaçaqmalçılığı ittihamı ilə saxlanılıb.
Xarici vətəndaşlar əməliyyatlarının ardından Ayvacık Əcnəbiləri Çıxarma Mərkəzinə göndərilib
Nigar
.
Oxu24.com
ŞƏRHLƏR