Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93407
az

ABŞ prezident seçkilərində iştirak edən Kristi Ukraynaya səfər edib

23:2904 Avqust, 2023
93
DÜNYA
  • A

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd olan keçmiş Nyu Cersi qubernatoru Kris Kristi Ukraynaya səfər edib və prezident Vladimir Zelenski ilə görüşüb.

 

Oxu24.com xəbər verir  ki,"Prezident Zelenski ilə Ukraynada görüşmək və ukraynalıların Rusiyaya qarşı mübarizələrində göstərdikləri qəhrəmanlıqları öz gözləri ilə görmək mənim üçün şərəf idi. Birləşmiş Ştatlar dünyanın qalan hissəsinə məhəl qoymadan heç vaxt irəliləməyib", - Kristi deyib. 

 

Zelenski səfərlə bağlı paylaşımında Kristinin səfərinin və hadisələri öz gözləri ilə görməsinin vacibliyini də qeyd edib.

Dəstəklərinə görə bütün amerikalılara təşəkkür edən Zelenski, Rusiyaya qarşı apardıqları mübarizənin öz qələbələri ilə nəticələnəcəyinə əmin olduqlarını ifadə edib.

 

ABŞ-da Respublikaçılar Partiyasının üzvləri arasında Ukraynaya verilən dəstək haqqında müxtəlif fikirlər olsa da, Kristi prezident olacağı təqdirdə Ukraynanın müharibədə qalib gəlməsi üçün bu ölkəyə yardımı artıracağını bildirib.

 

Müəllif: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quterreş Putinə məktub yolladı
Trampın təyyarəsi qəza törətdi
Türkiyədə zəlzələ oldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı