Polşanın Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşları Belarus vətəndaşını Rusiyanın xeyrinə casusluq ittihamı ilə saxlayıblar.
Oxu24.com xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxsin adı Mixail A. O, hərbi obyektlərin və limanların monitorinqi ilə məşğul olub, həmçinin Rusiyanın xeyrinə təbliğat işləri aparıb.
Şübhəli həbs edilib.
PAP agentliyi ABW məlumatlarına istinadən yazır ki, 39 yaşlı belarus avqustun 1-də saxlanılıb. 2008-2010-cu illərdə Moskvada işləyib, sonra Sankt-Peterburqa köçüb. Rusiyada şübhəli şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ildə Mixail A. Polşaya gəlib və "casus şəbəkəsi"nin koordinatoru ilə əlaqə saxlayıb.
İstintaqın məlumatına görə, belaruslu tapşırıqları yerinə yetirərkən ehtiyat tədbirləri görüb: o, tez-tez yaşayış yerini dəyişib və cinayət fəaliyyətinin izlərini məhv edib. Kaminski qeyd edib ki, bu, artıq ölkədə Rusiya “casus şəbəkəsi”ndə iştirakda şübhəli bilinən 16-cı şəxsdir.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR