Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93372
az

Xankəndidəki avtobusların sirri: bu yolla qaçacaqlar

16:1204 Avqust, 2023
151
CƏMİYYƏT
  • A

Ermənistan mediası Xankəndidə "mülki erməniləri" Laçın postuna gətirəcək avtobuslarla bağlı daha bir iddia irəli sürüb.

OXU24.COM  bildirir ki, bu avtobusların əslində erməniləri Qarabağdan çıxarmaq üçün hazırlandığı deyilir.

"Hraparak" nəşri yazır ki, Xankəndinin mərkəzində 25 avtobus erməniləri Həkəri körpüsünə (Laçın postu bu körpüdədir) aparacaq: "Təbii ki, bunu "hökumət" (separatçılar) edir, əks təqdirdə, mövcud vəziyyətdə 25 avtobus ayırmazdılar. Lakin məsuliyyəti kim üzərinə götürəcək? Camaatı niyə sərhəd xəttinə aparırlar? Bunu başa düşmək olmur. Deyirlər, "biz dinc, silahsız" gedirik. Bu yürüşün məqsədi nədir?

Bu, ilk baxışdan macəra proqramı kimi görünsə də, elə deyil. İnsanların həyatını, taleyini düşünmədən məqsədyönlü şəkildə həyata keçirilən plandır. Və bəlkə də bu, yerdəyişmə, yaxud başqa bir proqramdır. "Artsax" rəhbərliyi öz yaxınlarını bu avtobuslara dolduracaq və Qarabağı tərk edəcəklər".

Qeyd edək ki, separatçılar bir qrup ermənini Laçın postuna gətirməyə hazırlaşır."Aksiya"nın məqsədinin Laçın postunun açılmasına nail olmaq olduğu haqda məlumatlar var. Lakin Ermənistan mediasında məqsədin başqa olduğunu və ya bu "aksiya"nın baş tutmayacağına dair fikirlər irəli sürülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklər yaradır
Qan şəkərini tarazlayan enerji deposu - pepinonun sirli möcüzəsi
"Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?"

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu