Aparıcı cütlük Zaur və Günay Baxşəliyeva Avropa tətilinə yollanıb.
OXU24.COM bildirir ki, cütlük qızı Dilavərin ad gününü Venesiyada qeyd edib. Həmin anların yer aldığı videonu paylaşan Zaur və Günay "10 yaşın mübarək, Dilavər. Maşallah olsun" sözlərini yazıblar.
Videoda cütlüyün oğlu Davudun səsi yer alıb. O, bacısını ad günü münasibətiylı təbrik edib.
Qeyd edək ki, cütlük əvvəlcə Avstriyaya yollanıb. Daha sonra isə onlar dincəlmək üçün İtaliyaya gedib.
Oxu24.com
ŞƏRHLƏR