Bu gün axşam saatlarında əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 37-ci km-də sürcünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com-un Şirvan bürosunun məlumatına görə, Salyan rayonunun Şəkərli kənd sakinləri - 42 yaşlı Mirzəyev Rafət Baxış oğlunun idarə etdiyi 90 HA 781 dövlət nömrə nişanlı “Mercedes” və 25 yaşlı kənd sakini Əsədov Cəmil Ağaqardaş oğlunun idarə etdiyi 10 HE 852 dövlət nömrə nişanlı VAZ-2106 markalı minik avtomaşınları eyni istiqamətdə hərəkətdə olarkən toqquşublar.
Hadisə nəticəsində xəsarət alan “Mercedes”in sürücüsü R.Mirzəyev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR