Ukrayna ordu üçün milyardlar xərcləyib.
Oxu24.com xəbər verir ki,Ukraynanın baş naziri Denis Şmıxal avqustun 3-də bildirib ki, Ukrayna hakimiyyəti il ərzində demək olar ki, 55 milyard olan ölkə ordusunun saxlanmasına 2 trilyon qrivna xərcləyir.
"Əslində, silahlı qüvvələrin dəstəyi və müharibə Ukraynaya təxminən 2 trilyon qrivnaya başa gəlir", - Şmıxal "Ukrinform" agentliyinə istinadən bildirib.
O, etiraf edib ki, Ukrayna ordusunun saxlanması xərcləri Rusiyanın xüsusi əməliyyatı başlamazdan əvvəl Ukraynanın büdcə gəlirlərini üstələyib.
Kiyev Qərbin dəstəyi, qrantlar və kreditlər sayəsində Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək üçün vəsait tapır.
Bundan əvvəl Ali Rada bildirib ki, 2023-cü ildə Kiyev Qərbdən 25,3 milyard dollar xarici maliyyə alıb. Xarici ölkələrdən gələn pullar Ukrayna büdcəsinə daxil olan bütün gəlirlərin demək olar ki, yarısını təşkil edib.
Qərb pullarının daxil olmasına baxmayaraq, Ukraynanın 2023-cü il büdcəsi 35,1 milyard dollar kəsirlə qəbul edildi.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR