Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9330
az

\"Sevgilim dedi ki, tüklü qal, üzünü və bədənini qırxma\" - 3 uşaq anası - FOTO

18:4426 Yanvar, 2019
1567
  • A
 
32 yaşlı Dana ABŞ-ın Oreqon ştatındakı Portlend şəhərində yaşayır. O, günəşli Florida ştatında doğulub. Dediyinə görə, uşaqlıq illərində yaşıdları təki şort geyinəndə ayaqlarındakı tüklərə görə qızlar onu ələ salır, təhqir edirdilər.

Oxu24.com bildirir ki, 8 yaşında ayaqlarını qırxmağa başlayan Dana 12 yaşında qaşlarını və yuxarı dodağının üstündəki tükləri qırxmağa başlayıb.

İllər keçib, Dana bədənini nifrət etdiyi tüklərdən təmizləmək üçün mumdan və qayçıdan istifadə edib.


Dediyinə görə, ayaqlarında, baldırlarında, qarnında, qoltuq altında, hətta qollarında, əllərində və barmaqlarındakı tükləri qırxmaq məcburiyyətində qaldığından dərisi daim səpirdi.

İndi "Ledi Saskvaç" kimi tanınan Dana xroniki fibromialgiya xəstəsidir.

 
27 yaşı olanda lazer epilyasiyasını sınayan Dana ağrılı təcrübənin heç bir nəticə vermədiyini anlayıb.

O günə qədər ki, sevgilisi Stiv qadının daim tüklərini qırxdığını görəndə "Yetər artıq, qırxma!" deyib. Həmin gündən bəri Dana olduğu kimi görünür.

"Stiv mənə elə deyəndə düşündüm ki, tüklərimi qırxmasam, eybəcər görünəcəyəm, sevgilim də məni atacaq. Lakin Stiv bunu etmədi və birlikdəyik", - Dana söyləyib.

3 övlad anası, girsutizm xəstəsi olan Dananın sözlərinə görə, indi özünü gözəl və cazibədar hiss edir, İnstagram profilində fotolarını paylaşır.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
HƏMAS dörd israilli girovu azad etdi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı