Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93292
az

Energetika Nazirliyi elektrik stansiyalarının utilizasiyası şərtlərini müəyyən edəcək

23:3502 Avqust, 2023
123
CƏMİYYƏT
  • A

Energetika Nazirliyi layihənin xüsusiyyətlərini nəzərə almaqla, onun həyata keçirilməsi ilə bağlı layihənin istismar müddəti başa çatdıqdan sonra elektrik stansiyasının utilizasiyası şərtlərini müəyyən edəcək.

OXU24.COM  xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası"nda əksini tapıb.

Qaydaya əsasən, təminat müddəti başa çatdıqdan sonra istehsalçı ilə elektrik enerjisinin alıcısı arasında münasibətlər elektroenergetika sahəsinə aid normativ hüquqi aktlarla tənzimlənir.

Təminat müddətinin başa çatması torpaqdan və su obyektlərindən istifadə, infrastruktur məsələləri, o cümlədən istehsal olunan enerjinin elektrik enerjisi şəbəkəsi ilə ötürülməsi ilə bağlı tərəflərin hüquq və öhdəliklərinə təsir etmir. Bu hüquq və öhdəliklər tərəflər arasında bağlanılmış müqavilələrə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Elektrik stansiyasının utilizasiyası səlahiyyətli orqanla istehsalçı arasında bağlanılan investisiya müqaviləsi ilə müəyyən edilmiş elektrik stansiyasının istismar müddəti başa çatdıqdan sonra həyata keçirilir. Utilizasiya şərtləri həmin müqavilə ilə müəyyən edilir.

Elektrik stansiyasının utilizasiyası istehsalçı tərəfindən təmin edildikdən sonra tərəflər arasında imzalanmış bütün müqavilələr üzrə öhdəliklər (müqavilələrdə nəzərdə tutulan fərqli hallar istisna olmaqla) başa çatmış hesab olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!
Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
Xəzərdə suyun səviyyəsi ARTDI

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video