Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93287
az

Bacısını bir yumruqla öldürdü - Cinayət işi başlandı - YENİLƏNDİ

19:3402 Avqust, 2023
217
CƏMİYYƏT
  • A

Ehtiyatsızlıqdan adam öldürmə faktı üzrə cinayət işi başlanılıb.

OXU24.COM  xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avqustun 2-si saat 13 radələrində paytaxtın Binəqədi rayonunun eyniadlı qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmarla 1967-ci il təvəllüdlü Azər Əfəndiyevin yaşadıqları evdə şəxsi münasibətlər zəminində bacısı Məlahət Əfəndiyevanı əli ilə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

--------

14:02

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklər yaradır
Qan şəkərini tarazlayan enerji deposu - pepinonun sirli möcüzəsi
"Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?"

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu