Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93276
az

Bu ölkədə tik-tok bağlandı

18:1802 Avqust, 2023
109
DÜNYA
  • A

Seneqalda TikTok sosial media platformasına giriş bağlanıb.

 

Oxu24.com xəbər  verir  ki,Rabitə Nazirliyindən verilən yazılı açıqlamada TikTok-un növbəti xəbərdarlığa qədər bloklandığı açıqlanıb.

 

“TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, - deyə məlumatda bildirilir.

 

İyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqal ictimai asayişi pozacaq sosial mediada nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsib.

Mobil məlumatların kəsilməsi 3-cü gündə də davam edir.

Sonko həbs olundu, partiyası bağlandı

Müxalifət lideri Sonko iyulun 28-i cümə günü onu lentə almaq istəyən jandarmanın mobil telefonunu zorla aldığı üçün saxlanılıb və hadisədən əvvəl tərəfdarlarını sosial şəbəkədə hərəkətə keçməyə çağırıb.

Sonko "iğtişaşa çağırmaq" ittihamı ilə həbs edilib.

Qərardan qısa müddət sonra Daxili İşlər Nazirliyi öz rəhbərləri və idarəçiləri vasitəsilə PASTEF-in öz tərəfdarlarını tez-tez üsyana çağırdığı səbəbilə ləğv edildiyini açıqlayıb.

Bu iki qərarın ardıcıllığı nəticəsində Dakarın bəzi şəhər və ətraflarında kiçik miqyaslı küçə etirazları təşkil edilib. Sonkonun bələdiyyə sədri olduğu Ziqinçor şəhərində baş verən hadisələrdə iki nəfər həyatını itirib.

Bazar ertəsi həbsdə olan müxalifət liderinin məhkəməyə gedənə qədər həbsdə qalacağı gözlənilir.

Müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonko 1 iyun 2021-ci ildə zorlama ittihamlarından təmizlənsə də, gəncləri cinayətə təhrik etdiyinə görə iki il həbs cəzasına məhkum edilib.

Qərara etiraz edən Sonko tərəfdarları nümayişlərə başlayıb və hadisələrdə 16 nəfər həyatını itirib.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO ölkələri uzun illər Ukraynaya dəstəyin əleyhinədir
Yakutiyada hərbi hissələri tərk edən 26 əsgər saxlanılıb
Kursk vilayətində raket təhlükəsi elan edilib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı