Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93245
az

8 nəfər vəbadan öldü

18:5601 Avqust, 2023
141
DÜNYA
  • A

İyulun 15-də Uqandada başlayan vəba epidemiyası səbəbindən indiyədək 8 nəfər ölüb.

 

Oxu24.com xəbr verir Uqanda Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin cənub-şərqindəki Namayingo bölgəsində vəba epidemiyasında can itkisinin qeydə alındığı bildirilib.

 

Namayingoda vəba epidemiyası səbəbiylə 8 nəfərin həyatını itirdiyi bildirilən açıqlamada, epidemiyanın qarşısını almaq üçün ictimaiyyətə gigiyena qaydalarına riayət edilməsi çağırışı edilib.

 

Ötən il Uqandada vəba epidemiyası nəticəsində azı 20 nəfər ölüb.

 

Afrika ölkələri arasında Burundi, Kamerun, Efiopiya, Cənubi Afrika Respublikası, Mozambik, Nigeriya, Keniya və Somali vəba epidemiyasından ən çox zərər çəkən ölkələr sırasındadır.

 

“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Təmiz suya olan ehtiyacın ödənilə bilməməsi və təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp inauqurasiyadan əvvəl mitinq keçirəcək
Çin ABŞ-ın müdafiə şirkətlərinə qarşı sanksiyalar tətbiq edir
Cənubi Koreya polisi təyyarə qəzasından sonra Jeju Air-də axtarış aparıb

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ