Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93210
az

Gəncədə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

10:1631 İyul, 2023
283
  • A
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Tədbirlər nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq oradan ümumilikdə 30 000 manatdan çox məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. Şəxs ətrafında istintaq tədbirləri davam etdirilir. Bundan əlavə, vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartındakı pulu ələ keçirən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Kənan Vəliyev onlayn yolla vətəndaşın kartından 902 manat pulu başqa karta köçürərək mənimsəyib. Bununla yanaşı, şəhər ərazisində 15-ə yaxın velosipedi oğurlamaqda şübhəli bilinən Elgün İsmayılov saxlanılıb. Dindirilmə zamanı E. İsmayılov törətdiyi cinayət hadisəsini etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ
Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs      həbs     edildi
Şəmkirdə inzibati    bina     yandı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ