Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93178
az

Tanınmış aparıcı “Space TV”dən getdi

14:1229 İyul, 2023
140
CƏMİYYƏT
  • A

Tanınmış telejurnalist Ceyhun Səfərov "Space TV"dəki işindən ayrılıb.

C.Səfərov bu barədə sosial şəbəkə hesabında məlumat verib.

"Bir müddət Space TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmakarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə "Space"dən ayrıldım. Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni "Space"də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. Space TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm", - telejurnalist əlavə edib.

Qeyd edək ki, C.Səfərov hazırda "AzVirt" MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Depressiyadan qurtulmağın ən ucuz yolu
Balıq yağı geniş yayılmış bu xəstəliyin qarşısını alır
Mingəçevirdə yeniyetmənin üstündən kater keçdi

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı