Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9317
az

Ermənistan MN-in mühəndis texnikası dərəyə yuvarlanıb: 1 ölü, 2 yaralı (DETALLAR)

11:0126 Yanvar, 2019
775
QARABAĞ
  • A
 
Apellyasiya məhkəməsində N.Vruyr adlı hərbi qulluqçunun işi üzrə apelyasiya məhkəməsinin istintaqı yekunlaşıb. Məhkəmə işi Qeğarkunik vilayətindəki məhkəmədə aparılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, N.Vruyr, Ermənistan ordusuna 2011-ci ildə müqaviləli hərbi qulluqçu kimi xidmətə qəbul edilib. 2014-cü ildə mühəndis yol manqasının buldozer sürücüsü təyin olunaraq kiçik çavuş rütbəsində xidmətini davam etdirib.

2017-ci ilin fevralın 15-də Vruyr döyüş növbətçiliyinə təyin olunub. Ona təhkim edilən hərbi hissənin balansındakı “T-170” buldozeri ilə döyüş mövqeyinə gedən yolu qardan təmizləmək tapşırığı alıb. O, buldozerin sürücü mexaniki təyin edilib, həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusu M. Qaregin isə ona köməkçi verilib. Hadisə günü müvafiq əmrlə kiçik çavuş B.Armen də onu müşayiət edən şəxs olaraq Vruyra qoşulub. Hadisə baş verənədək müşayiət edən təyin edilmiş hərbi qulluqçu həmin yolu piyada keçərək bəzi yerlərin donmuş vəziyyətdə olduğunu bildirib. Təmizləmə işləri aparılarkən buldozeri Vruyr idarə edib və onun hər iki tərəfində isə Qaregin və Armen adlı erməni hərbi qulluqçular oturub.

İttihama görə, saat 15:00 radələrində Vruyr buldozeri təhlükəli idarə edib. O, yolun şərtlərini və idarə etdiyi buldozerin xüsusiyyətlərini nəzərə almayıb. Təhlükəsiz idarəetmə rejimi seçməyib və həmçinin yolun təhlükəli hissəsində hərəkət etməkdən çəkinməyib. Təhlükəli hərəkətlərə əl ataraq qəzanın baş verməsinin qarşısının alınması imkanlarından istifadə etməyib. Nəticədə buldozer yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Buldozerin kabinəsində olan müqaviləli hərbi qulluqçu M.Qaregin aldığı bədən xəsarətləri ilə hospitala təxliyyə olunarkən yolda ölüb, kiçik çavuş P.Armenin isə sağlamlığına ağır ziyan dəyib. Həmçinin Vruyr da ağır bədən xəsarətləri alıb. Hərbi hissənin balansında olan 2 milyon 644 min 625 dram dəyərindəki buldozer istismara yararsız vəziyyətə düşüb.

Məhkəmədə N.Vruyr özünü günahkar hesab edib. Buldozerin sürücüsü olan müqaviləli erməni hərbi qulluqçu bildirib ki, o, yolu qardan təmizləyərək döyüş mövqeyinə gedən avtomobillərin arxasından hərəkət etməsinə şərait yaradıb. Buldozer texniki cəhətdən saz vəziyyətdə olub, lakin hadisə bir neçə saniyə ərzində baş verdiyinə görə müdaxilə edə bilməyib. Yalnız buldozerin bir tərəfli dərəyə yuvarlandığını hiss edib. Traktor bir dövrə vuranadək qəzanı hiss etsə də, daha sonra baş verənlərdən xəbərsiz olduğunu bildirib.

O, hadisənin yolun buzlu olması səbəbindən baş verdiyini bildirir. Buldozerin sürücü bildirib ki, həmin yola 6 ildir ki, qulluq göstərir və yolun ayrıntılarına bələddir. Hadisə zamanı zərərçəkən B.Armen bildirib ki, geyimi islandığına görə traktorun kabinəsinə oturub və 2-3 saniyə içərisində traktorun dərəyə yuvarlandığını hiss edib. Daha sonra heç nə xatırlamır. Digər hərbçi yoldaşı Qareginin ölməsi barədə isə reanimasiya şöbəsindən çıxdıqdan sonra bilib. Traktorun sürücüsü digər hərbi qulluqçuya qarşı iddiası olmadığını bildirib.

Hadisə şahidi olan arxadan hərəkət edən avtomobillərdəki hərbi qulluqçular bildiriblər ki, həmin ərazidə yol çox təhlükəlidir və yolun buzlu olduğunu qar örtüyünə görə öncədən müəyyən etmək mümkün olmayıb. Qışqırıq səslərindən sonra avtomobildən düşərkən buldozerin dərəyə yuvarlandığını gördüklərini deyiblər. Traktorda olan hər üç hərbi qulluqçunun müxtəlif yerlərə düşdüyünü gördükdən sonra, onları “Zil” markalı avtomobillə təcili tibbi yardım maşınının qabağına aparıblar. Məhkəmə buldozerin mexanik sürücü, Vruyrun sosial ailə şəraitini və müsbət xarakteristikada olunmasını, o cümlədən zərərçəkənlərin iddiasının olmadığını nəzərə alaraq, ona qarşı əlavə cəza tətbiq etməyib. O, yalnız nəqliyyat vasitələrinin idarə etməsi hüququndan məhrum edilib. Ona qarşı 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası verməklə kifayətlənilib.

Sevan qarnizonu hərbi prokurorluğu tərəfindən 2 milyon 644 min 625 dram vəsait dövlətə dəymiş ziyan hesab edilərək, dövlət büdcəsi xeyrinə Vruyrdan tutulmasını təmin edib. Bu qərara qarşı müttəhim və onun vəkili tərəfindən iddia qaldırılıb. Qaldırılan iddiada dövlətə dəymiş ziyanın ödənilməsinin ləğv edilməsi tələb olunurdu. Vruyr məhkəmə iclasında iştirak etməyib. Qəzada aldığı xəsarətlərə görə, növbəti dəfə əməliyyat olub və məhkəmə prosesində iştirak etmək imkanına malik olmadığı bildirilib. Ona qarşı amnistiya tətbiq olunması tələbi isə qismən təmin olunaraq, azadlıqdan məhrum edilmə ləğv edilib, lakin qalan ödəniş qərarı qüvvədə qalıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Laçına müntəzəm avtobus reysi açılır

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Göyçayda 3 otaqlı ev yanıb