Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93157
az

Bu sürücülərə görə sıxlıq yaranır - Müraciət - VİDEO

17:2928 İyul, 2023
164
CƏMİYYƏT
  • A

"Yaxınlıqda yeraltı və ya yerüstü dayanacaqlar olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində, eləcə də dayanma və durmanı qadağan edən nişanın təsir zonasında park edirlər. Yollarda sıxlığın yaranmasına səbəb olan növbəti amillərin araşdırılması zamanı məlum olub ki, bir çox sürücülər nəqliyyat vasitələrini dayanacaqlarda park etmək əvəzinə, nədənsə yolun hərəkət hissəsində, xüsusilə də dayanma və durmanın qadağan edildiyi yerlərdə saxlamağa üstünlük verirlər". 

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Məlumatda daha sonra deyilir: 

"Məsələn, Nəsimi rayonu ərazisində, "Qış parkı"nın altında Bakının ən böyük yeraltı dayanacaqlarından biri olmasına baxmayaraq, bəzi sürücülər Füzuli küçəsində, yolun hərəkət hissəsində avtomobillərini park edirlər.

Nizami rayonu, Qara Qarayev prospekti, "8-ci kilometr" bazarının yaxınlığında çoxmərtəbəli dayanacaq olmasına baxmayaraq, sürücülərin bir çoxu nəqliyyat vasitələrini dayanacaqda deyil, yolun hərəkət hissəsində saxlayırlar.

Metronun "28 may" və "Koroğlu" stansiyalarının yaxınlığında, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən ticarət mərkəzinin qarşısında və bu kimi digər yerlərdə dayanacaqlar mövcuddur, lakin sürücülər yol hərəkəti qaydalarına əməl etmirlər. 

Göründüyü kimi, bəzi sürücülərin məsuliyyətsizliyi, nəqliyyat vasitələrini parklanma üçün müəyyən edilmiş yerlərdə saxlamaması səbəbindən paytaxtın bir sıra ərazilərində sıxlıq yaranır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən göstərilənləri nəzərə almağı, yeraltı və yerüstü dayanacaqlardan istifadə etməyi xahiş edir".

 

Oxu24.com

ŞƏRHLƏR

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
İşdən çıxmasını istəyən ərini      həbs     etdirdi