Goranboyda qardaş qardaşı bıçaqla vuraraq öldürüb.
Oxu24.com -un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü X.Məmmədov oyun oynayan zaman mətbəx bıçağı ilə qardaşı, 2002-ci təvəllüdlü İ.Məmmədovun ürək nahiyəsinə zərbə vurub. 17 yaşlı yeniyetmə gənc dərhal ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR