Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93118
az

Məhkəmədə qarşı tərəfin üzərinə tüpürən vəkil cəzalandırıldı

17:3626 İyul, 2023
189
CƏMİYYƏT
  • A

Yasamal Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş vəkil Firdovsə Baxşəliyevaya hökm oxunub.

Vəkil Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilinib. Ona 1000 manat cərimə cəzası təyin edilib.

Bildirilib ki, bir müddət əvvəl Yasamal Rayon Məhkəməsində baxılan mülki iş üzrə xanım müvəkkilinin vəkili qismində iştirak edən F.Baxşəliyeva qarşı tərəflə (müvəkkilinin əri E.Ağayevlə) mübahisə edib. Bu zaman vəkil məhkəmə zalında həmin şəxsə “ailəsindən, arvadından bixəbər” kimi sözlər deyib, həmçinin ona tərəf tüpürüb.

Məhkəmədə Firdovsə Baxşəliyeva E.Ağayevə tüpürmədiyini deyib. Həmçinin “ailəsindən, arvadından bixəbər” sözünü təhqir mənasında işlətmədiyini bildirib.

Məhkəmə zalında çəkilmiş görüntülər sübut kimi dəyərləndirilib və orada təhqirə yol verilməsi qənaətinə gəlinib.


 

 


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası
Razyana çayının faydaları
Mehriban Əliyevadan Yeni illə bağlı paylaşım - Foto

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
İşdən çıxmasını istəyən ərini      həbs     etdirdi