Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93050
az

Paşinyan danışdı və sülhə hazır olmadığını göstərdi

20:0123 İyul, 2023
252
DÜNYA
  • A

Nikol Paşinyanın "Frans Press" agentliyinə geniş müsahibəsindən bu nəticəyə gəlmək olar ki, sözdə "Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" deyən Ermənistanın baş naziri Azərbaycanla bu əsasda sülh sazişi imzalamağa hazır deyil, "Qarabağ ermənilərinin hüquqları" məsələsini gündəmdə saxlamağa çalışır. Belə olan halda sülh sazişinin imzalanması yubanacaq.

OXU24.COM  bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
 

"Nikol Paşinyan müsahibəsində jurnalistin Ermənistanın Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında balansı necə saxladığıyla bağlı sualına cavab olaraq deyib ki, İrəvanın illər uzun komplimentar xarici siyasəti yanlış idi: "Ermənistan üçün bu xarici siyasət kökündən yanlış idi. Bu yanlışlığın tarixi uzundur, 30 il deyil, 100 ildən də o tərəfə gedib çıxır. Ermənistan Rusiya ilə Qərb arasında deyil, 4 qonşusu - Gürcüstan, Türkiyə, İran və Azərbaycan arasında yaşayır. Biz bu qonşular arasında təhlükəsiz həyatımızı təmin etməliyik".

Paşinyan özü-özünün ziddinə gedir. Bir tərəfdən haqlı olaraq qonşularıyla normal münasibətlərin Ermənistanın təhlükəsiz varlığı üçün əsas olduğunu bildirir, digər tərəfdən müharibə vəziyyətində olduğu qonşusu - Azərbaycanla məsələlərin həllini gecikdirir. Paşinyan müsahibəsində ermənilərin "soyqırım" kimi qələmə verdiyi olayların da Rusiya imperiyasının əlində alət olmasıyla və bu imperiyanın dağılmasından sonra Türkiyə ilə üz-üzə qalmasıyla əlaqələndirib. Əslində Paşinyan demək istəyib ki, Osmanlı Türkiyəsində yaşayan ermənilər xəyanət edərək Rusiya imperiyasının oyununa qatılıblar və nəticədə məğlub olublar. Ermənilərin radikal kəsimi yenə də Rusiyanın oyununda iştirak etidklərindən onlar üçün nəticə fərqli olmayacaq", - politoloq qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin İlham Əliyevə növbəti dəfə zəng etdi - Yeniləndi

Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR
Husilər ABŞ PUA-sını vurdular -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır