Tviter sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.
OXU24.COM report-a istinadən xəbər verir ki, bu barədə o, tviter sosial səhifəsində məlumat verib.
"Tezliklə biz tviter brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq", - Mask öz səhifəsində yazıb.
Ətraflı
O, həmçinin tviter üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir. Lakin rebrendinqin son variantı hələ razılaşdırılmayıb.
Qeyd edək ki, ötən ilin oktyabrın 7-də İ.Mask tviteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.
Oxu24.com
ŞƏRHLƏR