Yunanıstan Xarici İşlər Nazirliyi ölkədə başlayan yanğınlara cavab vermək üçün təyyarə və helikopterlər göndərdiyi üçün Türkiyəyə təşəkkür edib.
Oxu24.com xəbər verir ki,Yunanıstan Xarici İşlər Nazirliyinin Twitter hesabında türkcə paylaşılan mesajda “Yanğınla mübarizədə göstərdiyi dəstəyə və şiddətli meşə yanğınları ilə mübarizədə Yunanıstana kömək etdiyinə görə Türkiyəyə təşəkkür edirik”,- deyə bildirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus 2 amfibiya yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri bu gün səhər saatlarında 9 nəfərlik uçuş heyəti ilə Afinaya çatıb.
Afina Eleftherios Venizelos hava limanındakı əməliyyatlardan sonra təyyarələr və 9 nəfərlik heyət Dekelia Hərbi Hava Bazasına hərəkət edib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR